• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

“Dağıntılar altından xilas edilənlərin sayı 8 mini keçib”-Ərdoğan

Fev 14, 2023

Loading

“Zəlzələlərdən yaralı vəziyyətdə çıxarılan 81 mindən çox vətəndaşımızın bir hissəsi evə buraxılıb. Axtarış-xilasetmə qruplarımız tərəfindən dağıntılar altından xilas edilən insanlarımızın sayı 8 mini keçib”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökuməti Zirvəsinə göndərdiyi videomüraciətdə deyib. O, bildirib ki, zəlzələ təkcə, Türkiyə deyil, bəşəriyyət üçün ən böyük təbii fəlakətlərdən biri hesab oluna bilər: “Şəxsən aranızda olmağı planlaşdırmışdım, lakin zəlzələlər səbəbindən bu mümkün olmadı. Axtarış-xilasetmə qruplarımız tərəfindən dağıntılar altından xilas edilənlərin sayı 8 mini keçib. 13,5 milyon vətəndaşın yaşadığı 10 əyalətdə 500 kilometr ərazini təsir edən zəlzələlər təəssüf ki, böyük dağıntılara səbəb olub. Zəlzələnin hiss olunduğu qonşu şəhərlərlə birlikdə fəlakətdən zərər çəkən əhalinin sayı 20 milyona yaxınlaşır. Elm adamları zəlzələ nəticəsində 500 atom bombası gücündə enerjisinin yarandığını deyirlər. Biz təkcə ölkəmizdə deyil, bəşəriyyət tarixində ən böyük təbii fəlakətlərdən biri ilə üz-üzəyik. Əsrin fəlakəti olaraq xarakterizə edilən bu zəlzələdə dağılmış minlərlə binanın dağıntılarını təmizlədikcə, təəssüf ki, itkilərimizin sayı artır. Millətimizlə əl-ələ verib bu fəlakətin yaralarını ən qısa zamanda sağaldacağıq. Zəlzələnin ilk anlarından dövlətin və millətin bütün imkanları fəlakət bölgəsinə səfərbər edildi, beynəlxalq yardımlar da daxil olmaqla 4-cü dərəcəli həyəcan vəziyyəti elan edildi, zəlzələ bölgəsində fövqəladə vəziyyət rejimi elan olundu. Dövlətin müvafiq qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları və könüllülərin də təbii fəlakətdən zərər çəkənlərə kömək etmək üçün böyük səylər göstərdilər. Axtarış-xilasetmə və dağıntıların çıxarılması işlərini apararkən, digər tərəfdən çadırların, konteynerlərin və prefabrik konstruksiyaların quraşdırılmasını sürətləndiririk. Yenidənqurma və dirçəliş işlərinə başlayırıq. Türkiyə dövləti olaraq bu fəlakətin yaralarını ən qısa zamanda millətimizlə birlikdə sağaldacağıq”.

Bashlibel.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »