• C. May 17th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Daha bir anamız əli Kəlbəcərə uzanıqlı dünyasını dəyişdi

Apr 29, 2024

Loading

Sinəsində üç övlad dağı, ürəyində yurd göynərtisi olan 88 yaşlı Şamama Həsən qızı Mirzəyeva əli doğma ocağa – Kəlbəcərə uzanıqlı dünyasını dəyişdi. 
Bashlibel.az bildirir ki, bu barədə oğlu ictimai fəal, qocaman pedaqoq Sabir Mirzəyev məlumat verib:
“Məşədi Cəfər oğlu Həsənin qızı, seyid molla Məhəmməd ağanin gəlini, Hacı müəllimin ömür-gün yoldaşı Mirzəyeva Şamama Həsən qızı 28.04.2024-cü ildə haqqın dərgahına qovuşdu! Bu gecə anam öz əzizləri – qızı Əminə müəllim, oğullari; Saleh müəllim və Mahir həkim ilə bir yerdəki əbədiyyət həyatına davam edəcəkdir!”
Qeyd edək ki, Şamama Həsən qızı Mirzəyeva 15 mart 1936-cı ildə Kəlbəcər rayonunun Başlibel kəndində dünyaya gəlmişdi.
Allah rəhmət eləsin!

 

Translate »