Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə müraciət edərək ərazidən çıxarılan erməni əsilli vətəndaşlarımız müvafiq düşərgələrə yerləşdirilir, onların qida və tibbi təminatı qaydasında saxlanılır.
Bashlibel.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.
O bildirib ki, ərazidə olan erməni əsilli vətəndaşlarımızın qorunması Azərbaycan dövlətinin diqqət mərkəzindədir: “Bu gün davam etdirilən bu tədbirlər ona yönəlib ki, ərazi tam təhlükəsiz vəziyyətə gətirilsin. Erməni qanunsuz silahlı birləşmələrindən qalan risk və təhlükə yaradan obyektlər müəyyən edilir. Həmin yerlər baxılır və yoxlanılır”.