• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Dövlət Komitəsində kollegiya iclası keçirilib

Apr 26, 2023

Loading

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 2023-cü ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti kollegiya iclası keçirilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirildiyi, doğma yurdlarına qayıdışa hazırlaşan həmvətənlərimizin təhlükəsizliyi üçün zəruri tədbirlər görüldüyü vurğulanıb. Qeyd olunub ki, dövlətimizin başçısının və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsinə diqqət və qayğısı onlarda dərin razılıq və minnətdarlıq hissi doğurur.  Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin vaxtında və yüksək səviyyədə icra edilməsi məcburi köçkünlərin geri dönüşünü sürətləndirəcək.

Kollegiya iclasında komitənin fəaliyyətində səmərəliliyin təşkili və bu istiqamətdə görülən işlər, 2023-cü ildə dövlət büdcəsindən komitəyə ayrılmış vəsaitlərin səmərǝli təyinatı üzrə istifadəsi, büdcə vəsaiti hesabına aparılan tikinti-təmir işlərinin gedişatı, cari təmiri nəzərdə tutulan obyektlərin dəqiqləşdirilməsi, onların layihə-smeta sənədlərinin hazırlanması və işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin repatriasiya prosesinin təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şuşa, Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri, Tərtər rayonunun Talış kəndi, Zəngilan rayonunun Ağalı kəndlərinə məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə köçürülməsi üçün bütün imkanların səfərbər edildiyini qeyd edib.

Kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »