• Ça. Apr 30th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

DTX rəisi: Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir

Okt 31, 2023

Loading

Azərbaycanın Qarabağ ərazisində yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına Azərbaycan hökuməti hərtərəfli təminat verir.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçlə görüşü zamanı deyib

General-polkovnik Əli Nağıyev Avropa Şurasının Baş katibi ilə görüşdə regionda təhlükəsizlik baxımından yaranmış mövcud vəziyyət barədə məlumat verərək ölkəmizin hər zaman bölgədə davamlı sülhün bərqərar olmasında maraqlı olduğunu vurğulayıb, Azərbaycanın Qarabağ ərazisində yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına Azərbaycan hökumətinin hərtərəfli təminat verməsindən, onların hüquq və azadlıqlarının qorunması üçün dövlətimizin gördüyü işlərdən, regionda rifahın, əsaslı və etibarlı sabitliyin təmin olunması naminə Azərbaycanın göstərdiyi səylərdən, Ermənistanla münasibətlərin normallaşdırılmasının və tezliklə sülh müqaviləsinin imzalanmasının vacibliyindən ətraflı söhbət açıb.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »