• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Dünya universitetlərinin reytinq sıralamasında yerimiz

İyn 7, 2024

Loading

Dünyanın reytinq sıralamasında ilk 5 universitetindən 3-ü ABŞ-da, 2-i Böyük Britaniyadadır. Bu da o deməkdir ki, ən azı yaxın 100 ildə anqlo-sakson sisteminin qarşısına çıxacaq heç bir güc ola bilməz.
Gücü elm yaradır!
İlk onluğun qalan ikinci hissəsində 2 universitet Britaniyaya, 1-i ABŞ-a, 1-i İsveçrəyə, 1-də Sinqapura aiddir.
Sinqapurda əhalinin 30 %-dən çoxu buddist, 18 % xristian, 18 % ateist, 10 % daosizm və digər yerli inanclardır. Müsəlmanlar 14 faizdir.
Ümumiyyətlə, dünyanın ilk 100 universiteti arasında islamın dominant din olduğu heç bir ölkənin ali təhsil müəssisəsi yoxdur.
Qonşularımızdan-
Qardaş Türkiyənin ilk 2 universiteti texniki universitetlərdir- ODTÜ (285) və İTÜ (326). Cəmi 25 universitet reytinqə düşüb.
İran İslam Respublikasının siyahıya düşən 9 universitetindən 4-ü texnoloji yönlü olmaqla birincilik 342-ci yerdə qərarlaşan Şərif Texnologiya Universitetinə məxsusdur.
Rusiyanın reytinqə düşən 47 universitetindən birincisi “Lomonosov” (MDU), ikincisi, Bauman adına Texniki Universitetdir.
Gürcüstanın cədvəldə 2 universiteti var. Hər ikisi bizim universitetlərdən xeyli qabaqdadır. Bunlar Tbilisi Dövlət və Gürcüstan Texniki Universitetidir.
Ermənistandan cəmi 1 universitet (Yerevan Dövlət Universiteti) reytinqə düşüb, amma bizdən bir band qabaqdadır.
Bizə gəlincə…
BDU xeyli fasilədən sonra ilk 1000 universitet arasına girə bilib. ADNSU və UNEC isə 1001-1200 bandındadır.
Dünya üzrə reytinqə Massaçusets Texnologiya İnstitutunun (MİT) başçılıq elədiyini də nəzərə alaraq gəlin papağımızı qoyaq qabağımıza və 3 suala cavab arayaq.
Birinci sual: Bizim ən prestijli universitetimiz nədən “3+3” formatlı coğrafiyamızda qalan 5 dövlətin universitetlərindən geridədir?
İkinci sual: Nədən bizim Texnki Universitetimiz sıralamaya ümumiyyətlə girə bilmir?
Üçüncü sual: Texniki Universiteti reytinq sıralamasına düşməyən bir ölkənin gələcəyini biz soyuqbaşla necə qiymətləndiririk?

Taleh Şahsuvarlı

Translate »