![]()
Bərdə rayonunun Zümürxan kəndində fəaliyyət göstərən Kəlbəcər rayon 80 nömrəli tam orta umumtəhsil məktəbinin kollektivi öz iş yoldaşları, şair Kamil Təbib Kəlbəcərlinin 65 illik yubileyini keçirmişdir. Məktəbin direktoru Qabil Həsənəliyev yubilyarın həyat yolu haqqında danışarkən Kamil Təbib Kəlbəcərlinin həm bir şair kimi, həm də pedoqoq kimi şərəfli bir həyat yolu keçdiyini, məcburi köçkünlük illərində onun Vətənə, doğma Kəlbəcər həsrətinə aid yazdığı şeirlərin hər bir həmyerlimiz üçün məlhəm olduğunu bildirdi. Yubileydə şairin iş yoldaşları onun yaradıcılığından nümunələr söyləyərək onu təbrik etmişlər. Qeyd edək ki, Kamil Təbib Kəlbəcərli Kəlbəcər rayonunun Qalaboyun kəndində doğulub boya-başa çatmışdır. O, iki şeirlər kitabının müəllifidir və dəfələrlə dövlət televiziya kanallarında Kamil Təbib Kəlbəcərlinin yaradıcılığına həsr olunmuş verilişlər aparılmışdır. Biz də şair Kamil Təbib Kəlbəcərlini 65 illik yubileyi münasibəti ilə təbrik edir, ona yeni – yeni yaradıcılıq uğurları arzulayırıq.
Oqtay SALAHLI , Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Bashlibel.az