• Ça. May 28th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Erməni mediası Rusiya sülhməramlılarının gedişi haqda yazdı

Apr 17, 2024

Loading

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması mərhələli şəkildə həyata keçirilir.

Bashlibel.az-ın məlumatına görə, bu barədə erməni mediası xəbər yayıb.

“Ermənistan xəbərləri” – NEWS.am yazır ki, diplomatik mənbə Azərbaycan mətbuatının Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına başlaması ilə bağlı xəbərlərini təsdiqləyib.

“Kontingentin çıxarılması eşelonla Dağıstan vasitəsilə həyata keçirilir”, – diplomatik mənbə bildirib. Yekun geri çəkilmə vaxtı hələ açıqlanmayıb. Xəbərdə həmçinin qeyd olunub ki, Azərbaycan KİV-nin məlumatına görə, sülhməramlılar artıq Xudavəng kompleksini tərk ediblər.

O da vurğulanır ki, nə Moskva, nə də Bakı Rusiya sülhməramlı kontingentinin geri çəkildiyini rəsmən açıqlamayıb.

Bashlibel.az

Translate »