Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesləri anklavlarla bağlı suallara cavab verəcək.
Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
“Sadəcə bu ərazilər haqqında danışmaq başqa, onların hüquqi əsasları barədə danışmaq isə ayrıdır. Yalnız bundan sonra ya mübadilə həyata keçiriləcək, ya da yerində bəzi qərarlar qəbul ediləcək”, – o deyib.