Aprelin 14-də İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın bayrağı yandırılıb.
Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində çempionatın açılış mərasimində bayraqların paradı baş tutub. Azərbaycan bayrağı mərasimdə üçüncü sırada gəlib.
Zalın dolu tribunaları Azərbaycanın bayrağı görünəndə fit çalıb.
Həmin vaxt zaldakı azarkeşlərdən biri səhnəyə qaçaraq Azərbaycan bayrağını tutan qızın əlindən onu götürərək yandırıb və zaldan çıxarıb.
Mühafizəçi mitinqi aparan şəxsi tuta bilib, daha sonra içəri yeni bayraq keçirib. Erməni azarkeşlər bundan baqşqa Türkiyə bayrağını da fitə basıblar.
Bashlibel.az