Azərbaycan prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib.
Bashlibel.az xəbər verir ki, təklifə əsasən, nəzarət-buraxılış məntəqələri həm Zəngəzur dəhlizinin qurtaracağında, həm də Laçınla Ermənistan sərhədində yaradılmalıdır.
“Əgər sərhədin delimitasiyasından danışırıqsa, o zaman həm Zəngəzur dəhlizinin hər iki qurtaracağında, həm də Laçınla Ermənistanın sərhədində keçid məntəqələri yaradılmalıdır”, – Azərbaycan prezidenti deyib.
Prezident bildirib ki, İrəvan hələlik bu təklifə cavab verməyib.
Bashlibel.az