![]()
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 iyun 2025-ci il tarixli qərarı ilə Əsədzadə Zaur Ədalət oğluna iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Bu elmi uğur, ölkəmizin iqtisadi elminin inkişafına mühüm töhfə olmaqla yanaşı, gənc alimlərimizin elmi fəaliyyətində də stimullaşdırıcı rol oynayır. Zaur müəllimin tədqiqat işi müasir iqtisadiyyatın aktual problemlərinə həsr olunmuş və əldə olunan nəticələr həm nəzəri, həm də praktik baxımdan əhəmiyyət kəsb edir.
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin İdarə Heyəti və Birlik üzvləri adından Əsədzadə Zaur Ədalət oğlunu bu mötəbər nailiyyət münasibətilə ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətində daha böyük uğurlar arzulayırıq.
Bashlibel.az
Bashlibel.az