• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Günün fotosu: “Dörd dost, dörd yoldaşıq biz”, “birgə gedirik…”

Okt 3, 2023

Loading

Bu şəkil Bakıda çəkilməyib, beş-altı ay, bəlkə də bir-iki il öncə Xankəndidə çəkilib.

Amma bu gün bu adamların dördü də – Araik Aurtunyan da, Bako Saakyan da, Arkadi Qukasyan da, David İşxanyan da Bakıdadır.

Onlar Bakıya qonaq gəlməyiblər, onlar Bakıya qolu bağlı gətiriliblər.

Keçmiş vaxtlarda belə adamları yaxalayar, paytaxta aparar və edam edərdilər. İndi elə olmayacaq, amma onları mühakimə edəcəklər.

Günahları böyükdür bu adamların. Çoxlu adam öldürdüblər, işgəncəyə məruz qoyublar, abad bir mahalı darmadağın ediblər.

Bu gün onların rəhbərlik etdiyi “dövlət”in necə oyuncaq, özlərinin marionet olduğu bir daha təsdiqləndi.

Onlar araba kölgəsini öz kölgələri hesab edərək üstümüzə çox diş qıcamışdılar, çox hərzə-hədyan danışmışdılar.

c47152b6-07d6-4ea4-a95c-d9ce88dc7ea4.jpg (66 KB)

Dovşanı araba ilə tutan dövlət arabasını 3 metr o tərəfə çəkən kimi bunların nə qədər cılız, gücsüz olduğu ortaya çıxdı.

Bunların yaxalanması, hərbi canilər kimi mühakimə olunması perspektivi nə qədər adamın ürəyindən tikan çıxarsa da, yenə də o tikanların yeri qalacaq. Bəs bu yaramazların fitvasına qurban gedən minlərlə cavan geri gələcəkmi? Əsas məsələ budur.

Bu şəxslərin cinayəti çox böyükdür. Bunlar bizim təkcə qan düşmənlərimiz deyil, eyni zamanda irz-namus düşmənlərimizdir.

Bu şəkillərin birində onlar hansısa təntənəli mərasimdə yanaşı durublar, o birisində isə matəm mərasimindədirlər. Allah qoymasa, dünyaya demokratiya, “hakimiyyətin dinc ötürülməsi”, “keçmiş prezidentlərə sayğı” göstərisi təşkil edirlər.

Məhkəmədə də beləcə, boy-boya duracaqlar. Görək özlərini orda necə aparacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »