![]()
Səhər saatlarından başlayan güclü leysan yağışları nəticəsində rayon mərkəzi də daxil olmaqla bir neçə kəndi, o cümlədən Atbulaq, Qızılburun, Qubalı Baloğlan, Pirsaat, Nəvahi, Udlu kəndlərini su basıb.
Bu barədə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının Sədri Saleh Ələsgərov APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayonun sel sularının yaratdığı fəsadla əlaqədar açıqlamasında bildirib.
O qeyd edib ki, xüsusilə əhalinin həyətyanı sahələrinə xeyli ziyan dəyib: “Hadisə yerinə aidiyyəti orqanlar cəlb olunub. Rayon İcra Hakimiyyətinin başçısı da hadisə yerindədir. Əməli tədbirlər görülür. Şəhər mərkəzində elektrik enerjisinin verilişi dayandırılıb. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq”.
Bashlibel.az
Bashlibel.az