• Ca. Mar 28th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Haqqımızda

Loading

Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi 2021-ci il sentyabrın 12-də təsis olunub. İctimai Birliyin təsis olunmasında məqsəd erməni işğalından azad edilən Başlıbel kəndinin quruculuq işlərinə dəstək vermək, dövlətin bu istiqamətdə həyata keçirəcəyi işlərə təbliğati, fiziki baxımdan mümkün olan dəstəyi vermək, kənd əhalisinin ümumi rəyini özündə əks etdirən təkliflər hazırlayıb təqdim etmək, Başlıbel qətliamının yerli və beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində təbliağti işlər həyata keçirmək, Başlıbel kəndinin tarixi adət-ənənələrinin gənc nəsilə çatdırılması istiqamətində, digər istiqamətlərdə maarifləndirici layihələr, tədbirlər həyata keçirmək, şəhid ailələrinin problemlərini diqqət mərkəzində saxlayıb həllinə köməklik göstərmək və qanunların, Nizamnamənin yol verdiyi digər işləri Başlıbel kəndinin gələcək inkişafı üçün reallaşdırmaqdır.
Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən 2022-ci il 19 apreldə rəsmi dövlət qeydiyyatına alınıb. Dövlət Qeydiyyatına alındıqdan sonra İctimai Birliyin 1-ci Ümumi yığıncağı 09 oktyabr 2022-ci ildə Bakı Mühəndislik Universitetində keçirilib. Ümumi yığıncaqda İctimai Birliyin 7 nəfərdən (Vüqar Şükür oğlu Həşimov, Nuraddin Aydın oğlu Həşimov, Etibar Rafiq oğlu Ağayev, Rövşən İsrafil oğlu Həşimov, Oqtay Sadıq oğlu Salahov, Qoşqar Bahadur oğlu Babayev və Natiq Sadıq oğlu Salahov) ibarət İdarə Heyəti, 3 nəfərdən (Yusif Sadıq oğlu Salahov, Səbuhi Rafiq oğlu Ağayev, Şəhriyar Nuşirəvan oğlu Muxtarlı) ibarət Nəzarət Təftiş Komissiyası seçilib. Ümumi yığıncaqda Birliyin sədri Vüqar Həşimov, sədr müavinləri isə Nuraddin Həşimov və Etibar Ağayev seçilib.
1-ci Ümumi yığıncağa qədər olan dövrdə Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin İdarə Heyətini 11 nəfərdən (Vüqar Şükür oğlu Həşimov, Nuraddin Aydın oğlu Həşimov, Xalid Vahid oğlu Kazımov, Etibar Rafiq oğlu Ağayev, Yusif Sadıq oğlu Salahov, Yalçın Sabir oğlu Ağayev, Rövşən İsrafil oğlu Həşimov, Oqtay Sadıq oğlu Salahov, Qoşqar Bahadur oğlu Babayev, Natiq Sadıq oğlu Salahov, Səbuhi Rafiq oğlu Ağayev) ibarət İşçi Qrupu əvəz edib. Həmin dövrdə Birliyin fəaliyyətini İşçi Qrupu təşkil edib və həyata keçirib. Müvəqqəti sədr Vüqar Həşimov, müavin Nuraddin Həşimov olub. Başlıbelin adına belə bir bir təsisat yaradılması ideyası Sabir Hacı oğlu Mirzəyev tərəfindən votsap qrupu yaradılmasından sonra gündəmə gəlib.
Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi müasir dövrün tələb etdiyi qaydalarla ayaqlaşmaq və işini təbliğatı, informativ nöqteyi-nəzərdən daha səmərəli qurmaq üçün bashlibel.az saytı yaradılıb. Saytda Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin fəaliyyəti, Başlıbel kəndinə aid məlumatlar, Şəhidlər haqqında, ölkəmizin ictimai-siyasi həyatı ilə əlaqədar mühüm sayılan xəbərlər, rəsmi informasiyalar, müxtəlif müəllif yazıları dərc olunur.

Translate »