• C. İyl 19th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Hüseyn Mirzəyev Qarabağ Universitetində dekan oldu

İyl 9, 2024
11

Loading

Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsinin dekanı, Kəlbəcər rayon Başlıbel kəndinin ziyalılarından olan Hüseyn Mirzəyev Qarabağ Universitetinin dekanı vəzifəsinə seçilib. Bu barədə Hüseyn Mirzəyev sosial şəbəkədə hesabında paylaşımında məlumat verib: “Bakı Mühəndislik Universitetinin rektoru, çox hörmətli Yaqub müəllimə və bütün BMU ailəsinə mənə verilən dəyərə, göstərilən hörmətə görə dərindən təşəkkür edirəm.
BMU yaranan gündən bu kollektivdə dosent, Mexanika mühəndisliyi kafedrasının müdiri, 4 il 6 ay isə Mühəndislik fakültəsinin dekanı vəzifələrində bacardığım qədər ləyaqətlə, vicdanla işlədim. Fakültəmiz dinamik inkişaf etdi, tələbə sayı 600-dən az idi, ondi 2000-dən çoxdur, beş il əvvəl əməkdaşlarımızın sayı 20-yə qədər idi, indi 80-nəfərdən çoxdur.
Bu günlərdə BMU-dakı inzibati vəzifədən ayrıldım.
Qarşıma daha məsuliyyətli, daha çətin, amma daha mühüm və şərəfli bir vəzifə qoyulmuşdur.
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin dekanı olaraq Xankəndində gələcəyin universitetini quracağıq.
Allah xeyir versin, uğurlar nəsib eləsin.
Fakültəmizin bütün əməkdaşlarına bu beş ildə mənə göstərdikləri etimada, köməyə, dəstəyə görə təşəkkür edirəm.
Tələbələrimə, məzunlarımıza da xüsusi təşəkkür borcum var. Onları yeni qurduğumuz Qarabağ Universitetinin Mühəndislik fakültəsi ilə sıx əməkdaşlığa dəvət edirəm”.

Bashlibel.az

Translate »