• Ça. May 21st, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

İctimai Birliyin NTK-na sədr seçilib

Noy 5, 2022

Loading

Noyabrın 5-də Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının iclası keçirilib. İclasın günədliyinə Komissiyaya sədr seçilməsi məsələsi qoyulub. Bu barədə Nəzarət Təftiş Komissiyasının üzvü Səbuhi Ağayevin bashlibel.az saytına verdiyi məlumata görə, müzakirələrdən sonra Şəhriyar Muxtarlı sədrliyə Yusif Salahovun namizədliyini irəli sürüb. Yusif Salahovun Başlıbel kəndinin və Birliyin ağsaqqallarından biri olması, həyat və iş təcrübəsi nəzərə alınaraq onun namizədliyi üzərində ümumi qərara gəlinib. Məsələ səsverməyə qoyulub və Yusif Sadıq oğlu Salahov Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri seçilib.
Qeyd edək ki, Nəzarət Təftiş Komissiyası Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin 9 oktyabr 2022-ci ildə keçirilmiş Ümumi yığıncağında gizli səsvermə ilə seçilib. Komissiyanın üç üzvü (Yusif Salahov, Səbuhi Ağayev, Şəhriyar Muxtarlı) var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »