• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

İki zolağın arası ilə hərəkət edənlərin diqqətinə! – Kamera ilə cərimə oluna bilərsiniz – VİDEO

Sen 26, 2023

Loading

Əksər sürücülər yollarda hərəkət edən zaman zolaqlar üzrə düzgün yerləşmirlər. Tıxacların, təhlükələrin və qəzaların yaranma səbəbi də məhz buradan qaynaqlanır. İki zolağın arası ilə hərəkət edən sürücülərə daha da çox rast gəlmək olur. Onlar zolaqlar üzrə bu cür yerləşməklə digər nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaradırlar. Bu qaydanın pozulmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub. Hətta həmin qaydanın pozulmasına görə yol polisləri ilə yanaşı, kamera vasitəsi ilə də cərimə tətbiq edilə bilər.
İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən yolun hərəkət hissəsində yerləşmə və manevr qaydasının pozulmasına görə xüsusi texniki vasitənin köməyi ilə sürücü barəsində qərar qəbul edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »