• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

İrəvan QARIŞDI! Fevralın 20-si, HAMILIQLA meydana… Paşinyan DEVRİLİR – CANLI

Fev 17, 2024

Loading

“Paşinyan qanunsuz olaraq hakimiyyətdədir”.

“Birgə” hərəkatının üzvü Edqar Kazaryan keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bütün problemlərin həllini 20 fevral mitinqindən gözləmək lazım deyil. Amma bu mitinq Nikol Paşinyanın istefasını tezləşdirəcək gələcək siyasi aksiyaların əsasına çevrilməlidir. Kazaryanın sözlərinə görə, məntiqi baxımdan Paşinyan öz istəyi ilə hakimiyyətdən getməlidir. Lakin bu, baş verməsə, onun iradəsindən asılı olmayaraq qərarlar qəbul olunmalıdır.

Ukraynanın Avdeyevka şəhərində Rusiya bayrağı qaldırılıb. Teleqram kanalları məlumat paylaşıb. Bayrağı 55-ci briqadanın hərbçilərinin qaldırdığı bildirilib. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna bölmələrini Avdiyevkadan çıxarmaq qərarına gəldiyini bildirib.

“Taktiki vəziyyətdən çıxış edərək bir qoşunları Avdeyevkadan geri çəkmək qərarına gəldik. Məqsədimiz hərbçilərin həyat və sağlamlığını qorumaqdır. Düşmən buranı ələ keçirsə belə heç bir taktiki üstünlük əldə etməyəcək” – Sırski bildirib.

ABŞ Prezidenti Co Bayden isə rusiyalı siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı xəbərə münasibət bildirib. Musavat.com xəbər verir ki, dövlət başçısı Navalnının ölümü ilə bağlı xəbərlərə təəccüblənmədiyini deyib. Rusiya hakimiyyəti öz hekayələrini danışacaq. Səhv etməyin: Navalnının ölümündə Putin məsuliyyət daşıyır” – Putin bildirib.

“Navalnının ölümündə Vaşinqton və Brüssel günahkardır”. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Teleqram kanalında rusiyalı müxalif lider, 47 yaşlı Aleksey Navalnının bu gün cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı yazıb.

“Səbəbi məhkəmə-tibb ekspertləri və istintaq müəyyən edəcək. Ancaq nəticə gözləmədən siyasətçilərin və qeyri-dost dövlətlərin başçılarının ittihamları və bəyanatları eyninüsxə kimi səslənəndə ilk növbədə bu suala cavab vermək lazımdır: Bu gün Navalnının ölümü kimə sərf edir?”

 

Bashlibel.az

Translate »