• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

İranda etiraz aksiyaları davam edir, SEPAH-ın bazası yandırılıb

Apr 6, 2023

Loading

Tehran rejiminə qarşı etiraz aksiyaları davam edir.

APA xəbər verir ki, Tehran, Qum, İsfahan, Ərdəbil, Həmədan, Gilan, Sistan və Bəlucistan və bir sıra əyalətlərdə etiraz aksiyaları davam edib.

Bir sıra şəhərlərdə fəallar tərəfindən Azərbaycan bayrağı müxtəlif yerlərdən asılmağa davam edib. Eyni zamanda, gənclər tərəfindən divarlara hökumət əleyhinə şüarlar yazmaq trendi davam edib

“Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qız öldürən hökumətə ölüm!” və bu kimi şüarlar səsləndirilib.

Küçələrdə hicabsız qadınlar və kişilər birlikdə rəqs ediblər.

Təbrizdə Xameneinin şəkli olan baner bir qrup gənc tərəfindən yandırılıb.

Sosial şəbəkələrdə metroda qadınların rəqsini əks etdirən videoçarxlar yayılıb.

Həmədan şəhərində də etirazlar davam edib.

Gilan şəhərində etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma baş verib.

Kərəcdə bir qrup gənc SEPAH-ın bazasını yandırıb.

Qərbi Azərbaycan əyalətinin Naqadə, İsfahanın Dövlətabad bölgələrində məktəbli qızlar kimyəvi qazdan zəhərlənib.

Piranşəhrdə Əlmehdi qızlar məktəbinə kimyəvi hücum nəticəsində zəhərlənmələr baş verib.

Tələbələr xəstəxanaya yerləşdiriliblər, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Kimyəvi hücumlar yenidən başladığı üçün xalq etiraz yürüşü keçirib.

Təbrizin “Həzrət Məsumə” qızlar liseyində zəhərlənmə baş verib. Bundan başqa, Qərbi Azərbaycan əyalətinin Naqadə, İsfahanın Dövlətabad bölgələrində məktəbli qızlar kimyəvi qazdan zəhərlənib.

Piranşəhrdə Əlmehdi qızlar məktəbinə kimyəvi hücum nəticəsində zəhərlənmələr baş verib. Tələbələr xəstəxanaya yerləşdiriliblər, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Bir neçə qadın dəniz sahilində həbsdə olan reper Tumac Salehinin (Tumac Salehi ifa etdiyi mahnılara görə hökumət tərəfindən saxlanılıb, ağır işgəncələrə məruz qaldıqdan sonra etiraf videoları yayılıb. Bu vəziyyət inqilabçıları daha da qəzəbləndirib və Tumacı müqavimət simvoluna çevirmələrinə səbəb olub) adını qum üzərinə yazaraq onun azadlığını tələb ediblər.

Məşhəd şəhərində Qayem xəstəxanasının işçiləri maaşların aşağı olması, gecikdirilməsi səbəbindən etiraz aksiyası keçiriblər.

Həmədan, Bukan, Buşehr, Xorasan-Rəzəvi bölgələrində müəllimlər pis həyat şəraitinə, maaşların aşağı olmasına və gecikdirilməsinə etiraz olaraq aksiya keçiriblər.

Eyni zamanda, Şuş şəhərinin təqaüdçüləri İslam Respublikasının hakimiyyəti altında maaşlarının aşağı səviyyəsinə, yoxsulluğa, inflyasiyaya, yüksək qiymətlərə etirazlarını bildirməyə davam ediblər.

Daruqar şirkəti işçiləri Əmək Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Onlar 4 aydır maaşlarını ala bilmədiklərini bildiriblər.

Mühəndislik sisteminin işçiləri tətil ediblər.

Ruhani xəstəxanasının tibb bacıları maaşların az olmasına etiraz ediblər.

Çahbahar bölgəsində Beheşti limanının işçiləri də maaşların gecikdirilməsinə etiraz olaraq tətil ediblər.

Mazandaran əyalətinin Sənaye, Mədən və Ticarət Palatasının sədr müavini Müseyib Musəvi 338 iş yerinin məcburi hicab qaydalarına riayət etməyən müştərilərə xidmət göstərdiyi üçün bağlandığı barədə məlumat verib.

Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran deyib ki, may ayının əvvəlindən Tehranda taksi, avtobus və metroda gediş haqqı artırılacaq.

Hökumətin mətbuat katibi Əli Bəhadri Cohormi isə müəllimlərin maaşlarının gecikdirilməsi məsələsinə münasibət bildirib. O qeyd edib ki, müəllimlərin maaşlarının gecikdirilməsi ilə bağlı ətraflı araşdırma aparılıb və hesabat prezidentə təqdim olunub.

“İstiqlal” futbol komandasının azarkeşləri İdman Nazirliyinin binası qarşısında şüarlarla etiraz aksiyası keçirib. Onlar “İstiqlal” komandasının Klublararası Asiya Kuboku yarışlarından kənarlaşdırılmasına etiraz edib.

Təhsil nazirindən sonra Dövlət Proqram və Büdcə Təşkilatının sədri Məhəmməd Vahidi də istefa verib.

İranda etiraz aksiyalarında həbs edilən və 16 yaşı olmasına baxmayaraq, cinayətkarların olduğu bölmədə saxlanılan Məzdək Meryanə Həmədani həbsdən buraxıldıqdan sonra həyatını itirib. Bu barədə onun yaxınları məlumat yayıblar.

Onlar Rəşt şəhərinin Lakan həbsxanasına köçürülən yeniyetmənin ağır işgəncələrə məruz qaldığını, bədənində işgəncə izləri olduğunu bildiriblər.

Qəzvində hökumət qüvvələri tərəfindən öldürülən Cavad Heydərinin qardaşı həbs edilib. Bu barədə onun bacısı Fatimə Heydəri məlumat verib: “Qardaşlarım Məhəmməd, Höccət və Mustafanın həbsindən, mənim işdən qovulmağımdan sonra dördüncü qardaşım Ruhullah Heydəri də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Onun həbsinin səbəbləri barədə heç bir açıqlama verilmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »