• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

İranla sərhəddə Azərbaycan-Türkiyə hərbi təlimləri başlayıb

Dek 5, 2022

Loading

Dekabrın 5-dən Azərbaycanla Türkiyə birgə təlimlərə başlayıb. Hərbi təlimlər Astara, Cəbrayıl xüsusilə İranla sərhəddə keçiriləcək. Təlimlərdə çay üzərində tampon körpülərin atılması və digər istiqamətlərdə düşmənin hücumunu dəf edərək, hücum xarakterli təlimlər keçiriləcək. Türkiyə ilə ilk dəfə olaraq bu kimi geniş miqyasda keçirilən hərbi təlimdi. Türkiyənin Müdafiə naziri Baş Qərargahı rəisi də təlimləri izləyəcək.
İranın Azərbaycana hərbi təhdilldlərinəvv qarşı “Şuşa” dekalarasiyasına uyğun olaraq Ankara-Baki birgə geniş miqyaslı hərbi təlimləri İrana ciddi mesajdır. Bu təkcə İrana deyil, Rusiyada bu təlimlərdən nəticə çıxarmalıdır. Çünki, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin “fəaliyyəti” Azərbaycanın təhlükəsizliyini təhdid edir. Bu təlimləri NATO -Azərbaycan təlimləri kimi də xarakterizə etmək olar. Vaşinqtonda bu təlimlərə dəstək verir. Azərbaycan Baş Qərargah rəisi bir neçə gün Pentaqonda görüşlər keçirdi. Azərbaycana ABŞ dəstəyi yeni müstəvidə davam edir.

Türkiyə və Azərbaycan birgə hərbi təlimləri ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.
Siyasi və hərbi ekspertlər hesab edirlər ki, bu təlimıər İranın Azərbaycana qarşı hərbi təhdidləri fonunda keçirilən bu təlimlərdən sonra Tehranın Zəngəzur dəhlizi ilə bağlı spekulyasiyalarina da cavabdır. Bu təlimlərdən sonra Türkiyə qoşunları müəyyən müddətdə Azərbaycanda qalacaq.

Etibar Ağayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »