57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı bəyanat yayaraq Azərbaycanın Qarabağın erməni sakinlərinin Ağdam-Xankəndi yolundan istifadə etməsi təklifini alqışlayır: “Bu cür təşəbbüslər (erməni) sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına yeni bir töhfə olacaq”.
Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı hər hansı təxribatçı hərəkətlərdən çəkinməyə, erməni əhalisinin ehtiyaclarını ödəmək üçün Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi və digər marşrutlardan istifadəni dəstəkləməyə çağırıb.
İƏT Baş Katibliyi sülh yolunda irəliləmənin, regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün lazımi addımların atılmasının vacibliyini vurğulayıb.
Bashlibel.az