İyul ayında bir neçə belə günlər olacaq: təhlükəli günlərin təqvimi
İyun ayında Yer kürəsini insanların əhval-ruhiyyəsinə təsir edən müxtəlif intensivlikdə maqnit qasırğaları dalğası bürüyüb.
Artıq ayın əvvəli və ortalarında Günəşdə bir neçə partlayış baş verib, iyunun sonunda daha üç partlayış gözlənilir.
Bashlibel.az Moderator.az-a istinadən xəbər verir ki, bu barəfə “Meteoagent” xidməti ABŞ Okeanik və Atmosfer Tədqiqatları Milli İdarəsinin (SWPS) Kosmik Hava Proqnozu Mərkəzi və Rusiya Milli Akademiyası Lebedev adına Fizika İnstitutu Rentgen Astronomiyası Laboratoriyasının məlumatlarına istinadən xəbər verib.
Maqnit qasırğalarının aktivliyini izləyən kosmik stansiyalar iyunun 22-də Günəşdə güclü partlayış qeydə alıb.
Bu o deməkdir ki, Günəş qasırğası axınlarının planetimizə çatacağı iyunun 27 və 28-də maqnit qasırğasının başlanmasını gözləmək olar. İkin məlumatlara görə, onun gücü 4 baladək olacaq.
Lakin mütəxəssislər meteopatlara yaxın günlərdə fiziki aktivliyi və mühüm işləri planlaşdırmamağa çağırış edir, çünki bu proqnoz dəyişə bilər, geozərbələrin gücü arta bilər.
Yayın ikinci ayı da həmçinin bir neçə güclü dalğa gətirəcək, onları ilk növbədə meteohəssas və xroniki xəstəlikləri olan insanlar hiss edəcək.
Ekspertlər geomaqnit qasırğalar gözlənilən günlərin dəqiq tarixini açıqlayıb:
1 iyul-orta maqnit qasırğası (K-indeks 4);
2 iyul-zəif maqnit qasırğası (K-indeks 3);
8 iyul-orta maqnit qasırğası (K-indeks 4);
12-13 iyul- iki günlük güclü maqnit qasırğası (K-indeks 5);
16-17 iyul – orta maqnit qasırğası (K-indeks 4).
Mütəxəssislər xəbərdarlıq edir ki, insanlarda apatiya, həyəcan və əsəbilik müşahidə edilə bilər.
Meteohəssas insanlarda trombların əmələ gəlməsinə, arterial təzyiqin yüksəlməsinə meyl arta bilər və miqren güclənə bilər.
Yaxşı olardı ki, fizilki yükdən imtina edilsin, istirahət üçün zaman ayrılsın, sakitləşdirici ot çayları və daha çox qazsız su içilsin.
Maqnit qasırğası dövrü olaraq yaranan təbiət hadisəsidir, Yerin maqnit sahəsinin oyanışı nəticəsində baş verir. Planetimizin maqnit sferasına Günəş təsir edir.
Maqnit qasırğası orta hesabla iki gündən beş günədək davam edir. Onun aşağıdakı fazaları var:
– başlanğıc faza (Günəş küləyi Yerə istiqamət alır);
– başlıca faza (maqnit sferasında dəyişikliklər baş verir);
– sonuncu faza (Yerin maqnit sahəsinin əvvəlki ölçülərədək bərpası).
Maqnit qasırğasının təsirindən Yerdə havanın təzyiqi və hərarəti dəyişir, nəticədə koronar kütlə atmosferə daxil olur və hava molekulları ilə qarşılıqlı təsirdə olur, qütb şəfəqləri yarana bilər.
Bashlibel.az