• Bz. İyn 23rd, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Kəlbəcər rayonunda “Heydər Əliyev İli” ilə bağlı tədbirlərə start verildi

Yan 28, 2023

Loading

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Palanı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə bağlı Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən keçiriləcək tədbirlərin icrasına nəzarət və vaxtında icra edilməsi məqsədi ilə tədbir keçirilib. Tədbirdə Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib və qarşısına gül dəstələri düzülüb. Daha sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən natiqlər dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri, dünya miqyaslı siyasətçi Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb, onun Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz dövləti fəaliyyətindən bəhs edilib. Bildirilib ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Palanı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası Kəlbəcər rayonunda uğurla icra ediləcəkdir. Daha sonra Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş tədbirlər planı müzakirə edilib, rayon rəhbəri tərəfindən konkret tapşırıq verilib.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »