• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Kəlbəcərdə və Şuşada aşkarlanmış meyit qalıqlarının kimə məxsus olması müəyyən edilib

Avq 18, 2023

Loading

Bu ilin martında aparılan bərpa quruculuq işləri çərçivəsində yol tikintisi zamanı Kəlbəcər rayonunun Yenikənd kəndində aşkarlanmış üç nəfərə məxsus meyit qalıqlarının kimə məxsus olması müəyyənləşdirilib.
Bashlibel.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib.
Qeyd edib ki, bu şəxslər Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğludur.
Eləcə də 2022-ci ilin avqustunda aşkar edilmiş, Kəlbəcər rayonunun Çıraq kəndində itkin düşmüş şəxsin meyit qalıqlarının Kəlbəcər rayonunun İstisu qəsəbə sakini İsayeva Sənəm Həsən qızına məxsus olması müəyyən edilib.
Həmçinin Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından yeddi nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Bildirilib ki, onlar Abdullayev Nurəli Hacıbaba oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Rüstəmov Araz Bəgi oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Abbasov Məhərrəm Abbas oğlu, Niftəliyev Adil Kamal oğlu və Mikayılov Baba Balakişi oğludur.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »