Azərbaycan təhsil ictimaiyyətinə ağır itki üz verib. Tanınmış pedaqoq, ictimai xadim Musa Əziz (Musa Yunis oğlu Əzizov) faciəli şəkildə həlak olub. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olan Musa müəllim həm də müxtəlif mövzuları əhatə edən yazıları ilə dövri mətbuatda çıxış edirdi, ictimai işlərdə fəallıq göstərirdi. Uzun müddət Kəlbəcərdə çıxan “Yenilik” (“Kəlbəcər harayı”) qəzetinin əməkdaşı olub. Qeyd edək ki, Musa Yunis oğlu Əzizov 5 iyun 1948-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açmış, 04 noyabr 2023-cü ildə yaşadığı Gəncə şəhərində faciəli şəklildə həlak olmuşdur. Allah rəhhmət eləsin!
Bashlibel.az