
Dekabrın 12-si səhərdən azərbaycanlı QHT təmsilçiləri Xankəndindən Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində Rusiya sülhməramlılarının postunun yanında oturaq aksiya keçirərək Rusiya hərbi kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etiraz bildirir. Aksiyanın əsas tələbi Azərbaycan nümayəndələrinin keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkməsinə şərait yaratmaqdır. Dekabrın 14-də Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi də etiraz aksiyasına qoşulub. Birliyin sədri Vüqar Həşimov, Nəzarət Təftiş Komissiyasının sədri Yusif Salahov, üzvlər Səbuhi Ağayev, Şəhriyar Muxtarlı aksiyaya qatılıblar. Birliyin üzvü Xalid Kazımov isə onlardan bir gün öncə Laçın yolundakı aksiyada iştirak edib.


