
31 illik didərginlikdən, yurd həsrətindən sonra bu gün Başkı şəhərində yaşayan laçınlıların bir qismi doğma torpaqlarına yola düşüb.
Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə ilk informasiya sosial şəbəkələrdə yer alan paylaşımlarda verilib.
Bildirilir ki, 20 ailədən olan 97 nəfəri daşıyan köç karvanı Laçına doğru istiqamət götürüb.
Onlardan başqa bu il daha 700 nəfərin Laçın şəhərində, 800 nəfərin isə rayonun Zabux və Sos kəndlərində yerləşdiriləcəyi bildirilir.
Bashlibel.az







