• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Laçında bir ilk – “SOCAR PETROLEUM”un yanacaqdoldurma stansiyası açıldı 

Fev 20, 2023

Loading

İşğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə dəstək məqsədilə “SOCAR PETROLEUM” QSC Laçın şəhərində “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verib.

Bashlibel.az xəbər verir ki, modul tipli YDS Laçın-Şuşa yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün nəzərdə tutulub. “Aİ-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.
Eyni zamanda, son dövrlər ölkəmizdə elektrik mühərrikli avtomobillərə olan marağın sürətlə artması nəzərə alınaraq, Laçında istifadəyə verilən modul tipli YDS-də elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verilib.
Hazırda Şuşa şəhəri, Ağdam, Qubadlı (Eyvazlı kəndi) və Xocavənd (Hadrut qəsəbəsi) rayonlarında SOCAR brendli YDS-lər fəaliyyət göstərir. Laçın şəhərində fəaliyyətə başlayan YDS isə Şərqi Zəngəzur iqtisadi rayonunda istifadəyə verilən SOCAR brendli ikinci stansiyasıdır. Bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında SOCAR brendli YDS-lərinin sayı 5-ə, ümumilikdə isə ölkə ərazisində 45-ə çatdırılıb.

Kəlbəcər rayonunda da belə bir Yanacaq doldurma məntəqəsinin açılması son dərəcə zəruridir. Kəlbəcər sakinləri bu barədə hökumətə müraciət də ediblər.

Bashlibel.az

hl-22500204095.jpg (51 KB)
hl-22500204099.jpg (27 KB)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »