• Be. Apr 15th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Mobil cihazların qeydiyyat rüsumunun azaldılması ilə bağlı dəyişikliklərin icrasına başlanılıb

Dek 4, 2023

Loading

“AzInTelecom” MMC mobil cihazların qeydiyyat rüsumlarının azaldılması ilə bağlı “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliyin icrasına başlayır.

APA-Economics”in “AzInTelecom” MMC-ə istinadən xəbərinə görə, qanunun tələblərinə uyğun olaraq, mobil cihazların IMEI nömrələrinin qeydiyyatına görə ödənilən dövlət rüsumlarının məbləğləri qanunun dərc edildiyi gündən 30 gün sonra, yəni 14 dekabr 2023-cü il tarixindən etibarən azaldılacaq.

Qeyd edilən tarixdən başlayaraq, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumlarının məbləği aşağıdakı kimi olacaq:

Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar – 15 manat;

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 20 manat;

Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 30 manat;

Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 40 manat;

Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 50 manat;

Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 70 manat;

Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 100 manat.

Xaricdən gətirilən mobil cihazlar Azərbaycan telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Prosesi icra edən dövlət orqanı kimi “AzInTelecom” telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalını təmin edir.

Bundan başqa, “AzInTelecom” mütəmadi olaraq monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Nəticə etibarilə surətinin köçürüldüyü aşkarlanan IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır.

Hazırda istifadənizdə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusunu yoxlamaq üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra Vahid Elektron Xidmətlər Portalında “IMEI yoxlama” xidmətindən ödənişsiz istifadə edə bilərsiniz.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »