• C. May 17th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

“Moderator 10 ildə bir əsrlik yol gedən, ətrafına işıq və dəyər saçan saytdır”

Noy 2, 2022

Loading

Zakir Fəxri: “Moderator hər zaman qərəzdən, yalandan, intriqadan uzaq olub, Qarabağ dərdini unutmağa qoymayıb”

Şair Zakir Fəxri Moderator.az-ın 10 illik yubileyi münasibəti ilə saytımızı təbrik edib,  arzu və istəklərini dilə gətirib:

Xəbərləri oxuyanda gözüm dostumuz, professor Rafiq Əliyevin təbrikinə sataşdı. Gördüm ki, əzizimiz Rafiq müəllim Moderator.az saytının 10 yaşını təbrik edir.

Doğrusu, mənə 10 yaş çox az gəldi. Mənə elə gəlir ki, Moderator.az qədimdən bəri mövcud olan söz ocağıdır. Bu 10 ildə Moderator.az saytı bir əsr yaşamış saytdır. Mən belə dəyərləndirirəm.

Moderator çox dəyərli və tutumlu ömür yaşayır. Mətbuat bolluğunda çox nadir üz tutulası bir ocaq oldu. Tərəfsiz, qərəzsiz oldu. Yaranan gündən bu günə qədər Qarabağ dərdini elə bir gün olmadı ki, öz səhifələrinə gətirməsin. Moderator.az Qarabağ dərdini unutmağa qoymadı. Əksəriyyət unutmuşdu, Qarabağ dərdini. Moderator.az buna imkan vermədi. Bu bir faktdır.

Əlbəttə, imzasına hörmət etdiyimiz saytlar da mövcuddur. Moderator isə bizim üçün xüsusilə doğma oldu. Moderator intriqdan tamam uzaq oldu. Kimsəyə daş atmadı, qeybət etmədi.

Indiki dövrdə polemik yazılar çox nadir halalrda rast gəlinir. Əslində müxalif düşüncələr mətbuatda gen-bol olmaldır. Lakin bu, o demək deyil ki, kimisə söyməlisən və ya daşlamalısan. Sadəcə, fərqli fikir və düşüncələr inkişafa səbəb olur.

Moderator.az-ın öz varlığını davam etdirməsini çox arzulayıram. Moderator.az var olsun və həmişə belə yaşasın. Həmişə işıqlı olsun. Çünki Moderator.az işıqlı düşüncələrə, işıqlı insanlara çox yer verir. Hər zaman axtardığımız imzaların əksəriyətini orada tapırıq.

Söz müqəddəsdir. Söz birinci yaranıb. Sözü Allah, Allahı söz yaradıb. Bu konteksdən yanaşanda sözdən söyüş üçün, kiməsə daş atmaq üçün istifadə etmək olmaz. Sözdən ancaq qaranlıqları aydınlatmaq üçün istifadə etmək olar. Söz kiməsə yol göstərmək üçündür. Biz belə düşünmüşük.

Moderator.az-da gözəl yazılar olub. Mən Moderator.az-ı təbrik edirəm. İnanıram ki, gələcəkdə Moderator.az-ın imkanları genişlənəcək. İşğaldan azad edilən ərazilərə səfərlər təşkil ediləcək, Şuşadan, Laçından, Kəlbəcərdən gözəl reportajlar hazırlanacaq. Dünənki faciələrimizdən, qəhrəmanlıqlarımızdan, sabahımızdan Moderator.az-da gözəl yazılar yer alacaq. Qarabağ yenidən tikiləcək, abadalaşacaq. Amma bütün bu işlərin arxasında gözəl bir hekayə olmalıdır. Bu yazıllar, hekayələr olanda tarix də əbədi yaşayır.

Moderator.az- mənim üçün ona görə qiyməlidir ki, dəyərlərə hər zaman mühüm önəm verib. Dəyərsiz dünya heç nədir. Bu gün də dünyada ən böyük faciə dəyərlərin yox olamsı, əriyib getməsidir. Qarabağ savaşını udmuşuq. Qarabağ bizimdir. Amma Qarabağı çiyninlərində  daşıyan dəyərlər lazımdır. Dəyər olanda Vətən sevgisi olur. Vətən həsrəti,vətən dərdi olur. Güclü ordu olur. Bütün bunları dəyər dəyərləndirir. Nizami Gəncəvi ona görə deyir:

“Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya nədir dəyərin?”

Mən Moderaor.az-a ancaq dəyərli yazılarla birlikdə uzun, əbədi ömür arzulayır, bütün kollektivi təbrik edirəm.

Hər ordunu döyüşə sərkərdə aparır. Sərkərdə zəif olanda ordu da uduzur. Zülfüqar bəy Moderator.az-ın sərkərdəsidir. Mən ona cavan ruh arzulayıram. Idmanda da belədir. Oyunu ruh udur. Idmançılar ancaq yüksək əhval-ruhiyyəyə malik olanda qlaib gəlirlər. Bu baxımdan Zülfüqar bəyin bütün arzularının reallaşmasını istəyirəm.

Təbrikimi bir şeirimdən gətirdiyim iki bəndlə tamamlamaq istəyirəm:

“Səslər içrə səsin qərib,

Ilhamın, həvəsin qərib,

Sinəndə nəfəsin qərib

Yazdıqların duzsuz kəlam

Salam, Zakir Fəxri, salam.

Baxmağa bir göz qalmadı,

Köz almağa köz qalmadı.

Üz tutmağa üz qalmadı,

Bir damla umud borc alam

Salam, Zakir Fəxti, salam

Arzum budur ki, Moderator heç vaxt səslər içrə qərq olmasın. Moderator daim umud yeri olsun. Qoy umud borc almağa bir yer olsun…”

Seymur ƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »