İşğaldan azad olunan ərazilərdə özəl sektorun fəaliyyəti üçün güzəşətlər müəyyən edilib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “İnsan Resursları Zirvəsi 2023” tədbirində panel çıxışı zamanı deyib.
“Bu bizim yaratdığımız stimullaşdırma paketidir. 140 minə yaxın vətəndaşın o ərazilərə köçməsi planlaşdırılıb. Köç edən vətəndaşlarımıza peşə hazırlığı çərçivəsində təlim proqramları tətbiq edilir. 7-10 min şəxsə bilik və bacarıqlar aşılamalıyıq. Güzəştlər imkan yaradır ki, bilik və bacarıqlı insanlar oraya gedərək biznes qurmağa can atacaq”, – deyə nazir əlavə edib.
Bashlibel.az