• Be. May 13th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Nazir Ceyhun Bayramov: “Sülh sazişinin imzalanması üçün aktiv faza arxada qalıb”

Fev 28, 2023

Loading

“Bu gün Cənubi Qafqaz regionundakı vəziyyət də müzakirə olunub və üçtərəfli razılaşmaların vacibliyi qeyd olunub”. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, görüşdə postmünaqişə dövrünə aid məsələlər müzakirə olundu və Ermənistanla sülh sazişinin imzalanması üçün görülən işlər barədə fikir mübadiləsi aparıld: “Bu sazişin imzalanması üçün aktiv faza artıq arxada qalıb. Hazırda Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olur və biz gördük ki, danışıqların 3-cü raundunda iştirakdan da imtina etdilər”.
C.Bayramov qeyd edib ki, Rusiyalı həmkarı ilə Cənubi Qafqazdakı vəziyyəti, eyni zamanda, üçtərəfli bəyanatların icrasını da müzakirə ediblər. Həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması da müzakirə edilib.
Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »