• Ça. May 21st, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Nazir: Müəllimi işə direktor götürsə, daha yaxşı olar, amma bir az səlahiyyət verən kimi başqa mənzərə ortaya çıxır

Noy 29, 2023

Loading

Son illərdə doktoranturaya qəbul mərkəzləşdirilmiş qaydada aparılır. Lakin nə nazirliyin, nə də Məleykə xanım Abbaszadənin hansısa məsələni mərkəzləşdirməkdə heç bir marağı yoxdur.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında deyib.

O bildirib ki, eyni proses müəllimlərin işə qəbulunda da yaşanır:

“Biz bilirik ki, müəllimi işə direktor götürsə, daha yaxşı olar. Amma görürük ki, bir az səlahiyyət verən kimi başqa mənzərə ortaya çıxır”.

Emin Əmrullayev vurğulayıb ki, bu gün doktoranturaya istedadlı insanları cəlb etməklə bağlı ciddi problemlər var.

Nazir qeyd edib ki, yaxşı bir alimə vəzifə, hansısa siyasi status verəndə onun elmlə məşğul olmağa vaxtı olmur:

“Nobel mükafatçısı Əziz Sancar heç bir yerin direktoru deyil. Biz elə bir yerə gəlib çıxmalıyıq ki, alimlərimiz kənar statuslara, vəzifələrə meyl etmədən elmlə məşğul olsun. Biz alimin yerini vəzifəsi ilə deyil, ortaya qoyduğu nailiyyətlərlə ölçməyə başlasaq, daha yaxşı bir yerə gələcəyik”.

“Elmə ayrılan büdcəni iki dəfə artırsaq, elmi istehsalımızın da iki dəfə artacağını gözləmirik və buna inanmıram. Çünki bizim istehsal prosesimiz hələ qurulmayıb. Lakin maliyyələşmə istiqamətində islahatlar aparılmalıdır. İslahat dedikdə büdcəni 2 dəfə qaldırmaq kimi başa düşülməməlidir” – nazir qeyd edib.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »