

Yanmış avtomobillər, dağılmış evlər, boş qalmış ayaqqabılar, oyuncaqlar, qərənfillər, bir də hüzn… Bunlar iki il öncə Bərdə terrorundan geriyə qalanlar idi.
2020-ci ilin bugünkü tarixində ermənilərin Bərdə şəhərini raket atəşinə tutması nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.
Ondan bir gün əvvəl-oktyabrın 27-si isə Bərdəyə raket atılması nəticəsində 5 nəfər həlak olmuş, 13 nəfər isə yaralanmışdı.
“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın Bərdə terroru zamanı çəkdiyi fotoları bir daha təqdim edirik:



















