• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Ombudsman Şok rəqəmləri açıqladı: “Onların çoxu qadın və uşaqlardır”

Dek 2, 2023

Loading

“4000-ə yaxın taleyi məlum olmayan itkin soydaşımız var ki, onların da çoxu qadın və uşaqlardır”.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Liatris Holding”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatının dəstəyi ilə  Heydər Əliyevin 100 illiyinə həsr edilən “Qadına şiddətə son” layihəsi çərçivəsində “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə deyib.

Səbinə Əliyeva qeyd edib:

 “Qloballaşan dünyada bütün sahələrdə inkişaf üçün qadınların da bu proseslərdə geniş iştirakı təmin olunmalıdır. Bu gün dünyada çox sayda qadın və qızlar gender əsaslı zorakılığa məruz qalırlar.

Bu gün Azərbaycanda 4000-ə yaxın taleyi məlum olmayan itkin soydaşımız var. Onların çoxu qadın və uşaqlardır. Soydaşlarımız haqqında heç bir məlumat ala bilmirik. Ombudsman olaraq fəaliyyətimiz genişdir. Amma mənim üçün ən ağrılı məqamlardan biri itkin düşən ailələrimizlə görüşdür. 

Hər il Azərbaycanın müxtəlif guşələrində bu ailələrlə görüşürəm. Elə analarımız var ki, dörd övladı haqda heç bir məlumat ala bilmir.

Elə bacılarımız var ki, ailəsinin 7-8 üzvü haqqında qulağı səsdədir. Bu qadınlarımızın səsinin dünyaya çatdırılmasında, Ermənistana qarşı təsir mexanizmlərinin işə salınmasına dəstək olmaq istəyirəm. İtkin düşən qadın və uşaqlarımız istismara məruz qalıblar. Əzəli torpaqlarımızda bərpa, quruculuq işlərinə başlamışıq. Müxtəlif bölgələrimizdə  kütləvi məzarlıqlarımız aşkar olunub. Təəssüf ki, qadın və uşaqlarımızın qalıqları müəyyən edilib”.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »