• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Özbəkistan QHT-lərindən ibarət nümayəndə heyəti Şuşada olub – FOTO

Noy 27, 2023

Loading

Özbəkistan QHT-lərindən ibarət nümayəndə heyəti Şuşada bərpa və quruculuq işləri ilə tanış olub.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayevin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti Şuşanın görməli yerlərini gəzib, şəhərlə tanış olublar. Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimovla görüşdə heyətə Şuşada aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib. Səfər çərçivəsində Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb. Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib.

O cümlədən qonaqlar mədəniyyət paytaxtımızda böyük həcmdə və sürətlə aparılan abadlıq, quruculuq işləri ilə də tanış olublar. Qonaqlar Prezident İlham Əliyevə xalqımızın əldə etdiyi zəfərə və Qarabağın incisi olan Şuşaya səfər imkanına görə təşəkkür ediblər.Foto

Özbəkistan QHT-lərindən ibarət nümayəndə heyəti Şuşada olub - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »