• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Prezident İlham Əliyev Rauf Arifoğlunu TƏLTİF EDİB – FOTO

Apr 3, 2024

Loading

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, Rauf Arifoğlu Prezident İlham Əliyevin 2 fevral 2024-cü il tarixli, 4289 nömrəli Sərəncamı ilə təltif olunub.

Yubiley medalını Rauf Arifoğlu və bir qurup ictimai xadimə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev təqdim edib.

Təqdimat mərasimində çıxış edən Rauf Arifoğlu ali təltifə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O deyib ki, bu ali mükafat ona və rəhbərlik etdiyi media qrupa olan yüksək etimadın, inamın göstəricisidir. Müzəffər Ali Baş Komandan, Azərbaycanı qələbələrə, zəfərlərə çıxartmış İlham Əliyevin imzası ilə belə bir mükafata layiq görülmək onun üçün şərəfdir. Heydər Əliyev kimi böyük siyasətçinin, Azərbaycan dövlətinin qoruyucusunun və bugünkü zəfərlərimizin əsasını qoyan ümummilli liderin adını daşıyan medala layiq görülmək həm də böyük məsuliyyət yaradır. Bu məsuliyyətin fərqində olaraq, Azərbaycan dövlətinə və dünya türklüyünün maraqlarına xidmətə davam edəcəyik. 

Musavat.com bildirir ki,  “Heydər Əliyevin 100 illiyi” yubiley medalı Azərbaycanın mövcud olan medalları sırasında statusuna görə birincidir.   

RAUF SON.jpeg (100 KB)

TELTİF SON.jpeg (395 KB)

MEDAL EN SON.jpeg (275 KB)

Bashlibel.az

Translate »