• Bz. May 26th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Prezident Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksindəki tikinti işləri ilə tanış olub

Dek 21, 2023

Loading

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.

Bildirilib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Dövlət başçısı yaşayış kompleksində hazır mənzillərə baxıb.

Məlumat verilib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.

Diqqətə çatdırılıb ki, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.Foto

Prezident Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksindəki tikinti işləri ilə tanış olub
Prezident Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksindəki tikinti işləri ilə tanış olub
Prezident Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksindəki tikinti işləri ilə tanış olub
Prezident Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksindəki tikinti işləri ilə tanış olub
Prezident Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksindəki tikinti işləri ilə tanış olub
Prezident Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksindəki tikinti işləri ilə tanış olub
Prezident Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksindəki tikinti işləri ilə tanış olub
Prezident Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksindəki tikinti işləri ilə tanış olub
Prezident Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksindəki tikinti işləri ilə tanış olub
Prezident Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksindəki tikinti işləri ilə tanış olub
Prezident Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksindəki tikinti işləri ilə tanış olub

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »