• Ç. İyl 24th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib – YENİLƏNİB

İyl 5, 2024

Loading

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib.

Bashlibel.az APA -ya istinadən xəbər verir ki, dövlətimizin başçısına hoteldə yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, hoteldə müxtəlif tipli 54 otaq var. Burada ən müasir iaşə məkanları da yaradılıb. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaq. Bundan başqa, burada səhər yeməyi restoranı, “Şirin Coffee & Bakery”, “Cafe Park-Fast Food” və “Dəfnə” restoranları fəaliyyət göstərəcək. Hotelin əyləncə və istirahət zonalarında SPA, sauna və qapalı hovuz, idman zalı yaradılıb.

Xankəndinin mərkəzində yerləşən “Palace” otelindən açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq.

***

10:08

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib.

Bashlibel.az APA -ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib.

Bashlibel.az

Translate »