• Ca. May 16th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı vacib açıqlama – VİDEO

Yan 10, 2023

Loading

“Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır”.

Bashlibel.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, Zəngəzur dəhlizi bizimçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil. Bu bizimçün strateji layihədir:

“Biz tam əminik ki, bunun reallaşması bizim təbii hüququmuzdur. Bundan əlavə Zəngəzur dəhlizinin reallaşması 10 noyabr 2020-ci il üçtərəfli bəyanatda da öz əksini tapır. Düzdür, orada Zəngəzur dəhlizi termini yoxdur. Bu termini mən ondan sonra geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanın nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ancaq bu bizi dayandırmayacaq”.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »