• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

“Qardaşların yumruğu”ndan möhtəşəm görüntülər

Dek 6, 2022

Loading

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaşların yumruğu” birgə təlimində gecə və məhdudgörmə şəraitində müxtəlif tapşırıqlar icra edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin bu mərhələsində şərti düşmənlə bilavasitə təmas vəziyyətində onun texnikasının və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »