
Martın 1-də Qeyri Hökumət Təşkilatların Dövlət Dəstəyi Agentliyinin və Ekologiya Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Bashlibel.az-ın məlumatına görə, aksiya “Heydər Əliyev ili” çərçivəsində təşkil edilib. Ağacların əkilməsi üçün məkan isə Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ərazisindəki yamaclıq seçilib. Aksiyada çoxlu sayda QHT təmsilçiləri, nazirlik nümayəndələri iştirak ediblər. Prezident Administrasiyasının QHT-lərlə iş üzrə sektor müdiri Vüsal Quliyev və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də ağacəkmə kampaniyasında şəxsən iştirak ediblər.
Bashlibel.az




