Bu gün birjalar açılanda Avropada qazın qiymətində sürətli bahalaşma başlayıb.
Bashlibel az “Bloomberg”ə istinadən xəbər verir ki, Londonun ICE birjasında qiymətlər 3 faizdən çox artıb.
Niderlanddakı TTF qovşağında noyabr fyuçerslərinin dəyəri 1 min kubmetr üçün təxminən 460,6 dollara qədər bahalaşıb.
Artımın səbəbi İranın İsrailə kütləvi raket hücumudur. Belə ki, “Tasnim” agentliyinin məlumatına görə, İran raketləri İsrailin cənub-qərbində Aşkelon şəhəri yaxınlığındakı qaz platformalarını vurub. Amerikanın “Chevron” (İsrail şelfinin ən böyük oyunçularından biri) şirkətindən bildirilib ki, İsraildəki vəziyyətlə əlaqədar olaraq şirkət ehtiyat tədbiri kimi “Leviafan” və “Tamar” qaz platformalarını müvəqqəti dayandırıb. Lakin platformalarda avadanlıq və işçi heyətinə hər hansı zərər dəyməyib.
Bashlibel az