• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Rus diplomatlarının Aİ ölkələrində hərəkət azadlığı məhdudlaşdırıla bilər

Noy 21, 2023

Loading

Avropa İttifaqı (Aİ) rus diplomatlarının İttifaq ölkələrində hərəkət azadlığını məhdudlaşdıra bilər.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, Çexiya tərəfi müvafiq təkliflə çıxış edib.

Təklifə əsasən, rusiyalı diplomatlara yalnız onlara sənəd təqdim edən ölkə daxilində hərəkət etməyə imkan verən viza və yaşayış icazəsi veriləcək.

Bundan əlavə, onların qeydiyyatı üçün biometrik pasportlar tələb olunacaq, çünki onların saxtasını düzəltmək daha çətindir.

Nəşrin sözlərinə görə isə, bu tip məhdudiyyətlərin praktikada həyata keçirilməsi hüquqi səbəblərə görə çətindir və bu səbəbdən həmin təkliflərin 12-ci sanksiyalar paketinin bir hissəsi kimi razılaşdırıla bilməsi ehtimalı azdır.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »