Xəbər verdiyimiz kimi, bu gün səhər Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma keçib. İlkin məlumata görə, bu günkü hücum zamanı Rusiya müxtəlif növ raketlər və PUA-lardan istifadə edib.
Bashlibel.az UNİAN-a istinadən xəbər verir ki, monitorinq resurslarının məlumatına görə, gecə və səhər saatlarında ruslar aşağıdakı silahları işə salıb:
▪️ “X-101/55” qanadlı raketləri və “Kalibr” raketləri;
▪️ “İskander-M” ballistik raketləri;
▪️ Hava hücumuna qarşı idarə olunan “X-59/69” qanadlı raketlər.
Məlumata görə, hədəf alınan şəhərlər arasında Strıy, Luçk, Rovno, Burştın, Odessa, Kiyev, Şostka, Nikolaev, Xarkov, Zaporojye, Pavloqrad və həmçinin, Ukraynanın əksər bölgələrinin aqlomerasiya və rayonları yer alıb.
PUA hücumu 9 saat 37 dəqiqə, dünən axşam saat 22:05-dən səhər saat 07:42-yə qədər davam edib.
Bashlibel.az