![]()
Mayın 12-də şəhid polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli son mənzilə yola salındı. Səlbinin Yasamal qəbirsanlığında torpağa tapşırılması şəhidlə vidalaşmağa bənzədi, izdiham yaşandı. Eyni zamanda çox təsirli, eyni zamanda ürəkdağlayan anlarla müşahidə olunan dəfn mərasimində dövlət rəsmiləri, Heydər Əliyev Fondunun nümayəndələri, Müdafiə Nazirliyinin zabitləri, Kəlbəcərin deputatı Mircəlil Qasımlı, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov, Kəlbəcər rayon icra hakimiyyətinin başçısının birinci müavini Eldəniz Mehdiyev, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov, ictimaiyyətin ən müxtəlif təbəqələrindən çoxsaylı insanlar iştirak edirdi. Səlbi Cəfərlinin ruhuna dualar oxundu.

Bashlibel.az
Bashlibel.az