• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

SON DƏQİQƏ! Beynəlxalq Haaqa Məhkəməsindən Putinin həbsinə QƏRAR- YENİLƏNİB

Mar 17, 2023

Loading

Beynəlxalq Haaqa Məhkəməsi Vladimir Putinin həbsinə order verib.

Bashlibel.az saytı Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Assambleyanın baş ofisi açıqlama verib.

Məlumatda bildirilir ki, Putin hərbi cinayətlərdə ittiham olunur və bu qərar da qeyd olunan məsələ ilə bağlı verilib. 

Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin 24 fevral 2022-ci il tarixindən sonra Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır. 

Vladimir Putin səyahət məhbusuna çevrildi. Həbs orderinə görə, bundan belə Rusiya prezidenti Tacikistan və Venesuelaya belə gedə bilməyəcək.

Vəkil Sergey Qolubok deyib ki, Putin bu ölkələrdən birinə səfər edərsə, yerli hakimiyyət onu həbs etməli olacaq. Məhkəmə həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

BMT Baş Assambleyasının rəhbəri Haaqa məhkəməsinin həbs orderinə baxmayaraq, Putinlə görüşməyə hazırdır.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »