Fevralın 28-də Ermənistan ərazisində saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində cinayət təqibinə xitam verilib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Pənahov “Azərbaycan mövqelərində hərbi qulluqçular arasında baş vermiş insidentdən sonra, qaçaraq azıb” və bu səbəbdən Ermənistan ərazisinə keçib.
Öz növbəsində, Ermənistan Milli Təhlükəsizlik Xidməti bəyan edib ki, İrəvan “xoş məram əlaməti” olaraq və iki ölkə arasında ən yüksək səviyyədə əldə olunmuş razılaşmalara əsaasən, əsgəri Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Pənahov əlverişsiz hava şəraitində azaraq itmişdir.
Bashlibel.az