• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Sülh danışıqları Moskvada keçiriləcək

Fev 15, 2023

Loading

Bir müddət öncə Azərbaycan sülh müqaviləsinin mətni ilə bağlı Ermənistana öz təkliflərini təqdim edib. Bu barədə parlamentdə keçirilən brifinqdə “Mülki müqavilə” parlament fraksiyasının deputatı, Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sərkis Xandanyan bildirib.
“Biz bu təkliflər üzərində işləyirik və hazır olduqdan sonra onları Azərbaycana göndərəcəyik”, – deyə Xandanyan bildirib. Sərkis Xandanyan deyib ki, rəsmi İrəvan Laçın dəhlizinin açılmasını Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri səviyyəsində danışıqlar prosesində iştirak üçün ilkin şərt hesab etmir. “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bu görüşdə iştirak edib-etməyəcəyi vəziyyətdən asılı olacaq. Buna baxmayaraq, bu və ya digər vasitəçilik, o cümlədən Rusiya ilə təşkil olunan görüşlərdə iştirak baxımından bizim üçün heç bir problem yoxdur”, – deyə Xandanyan əlavə edib. Nəzərə çatdıraq ki, Azərbaycan 2022-ci ildə Ermənistana 5 bənddən ibarət təklif vermişdi. 2022-ci ilin avqustunda belə açıqlamalara rast gəlinirdi ki, bu təkliflər üzrə razılaşdırılmayan məqamlar çox azdır. Ermənistanın xarıci işlər naziri Ararat Mirzoyan deyib ki, rəsmi İrəvan təklifləri nəzərdən keçirir və mətn üzərində işləməyə davam edir. Rəsmi Bakının dediyinə görə, təkliflər yanvarın üçüncü ongünlüyündə verilib. Detallarla bağlı nə Bakı, nə İrəvan heç bir açıqlama vermir. Ekspertlər hesab edir ki, “hansısa təkliflərin dəyərləndirilməsi” vaxt uzatmaqdan başqa bir şey deyil. Rusiya isə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü məsələsi müzakirə edilir. Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov son mətbuat konfransında bunu təsdiqləyib. O qeyd edib ki, Rusiya tərəfi bu məsələnin müzakirəsini diqqətdə saxlayır. “Vəziyyətin stabilləşməsi istiqamətində görülən işlər üçün müxtəlif dialoq məkanları və formatlarının təmin edilməsi nöqteyi-nəzərindən əlimizdə olan resurslardan maksimum istifadə etmək istəyirik”, – deyə nazir müavini bildirib. Qeyd edək ki, ötən il dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olmalı idi. Məlumata görə, dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılan görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanması məsələlərinin müzakirəsi planlaşdırılırdı. Amma Ermənistan bundan imtina etdi. İndi isə deyirlər ki, görüşdən imtina edilməyib, sadəcə, təxirə salınıb. Rusiya da görünür ki, masada yeni təkliflərin olduğunu nəzərə alaraq, danışıqları qaldığı yerdə – yəni Moskvada davam etdirilməsini istəyir.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »